Bank Of Baku

Gürcüstanda koronavirusa yoluxanların sayı 300-ü keçib

Gürcüstanda koronavirusa yoluxanların sayı 300-ü keçib
# 15 aprel 2020 10:25 (UTC +04:00)

Gürcüstanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 306 nəfərə çatıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bildirilib ki, hazırda ölkə üzrə karantində 4990 nəfər saxlanılır, stasionar müalicədə isə 462 nəfər var. Virusa yoluxmuş şəxslərdən 69-u sağalıb, 3 nəfər isə vəfat edib.

Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-də təsdiqlənib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR