Bank Of Baku

Gürcüstanda koronavirusa yoluxanların sayı 893 nəfərə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 893 nəfərə çatıb
# 18 iyun 2020 10:14 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 5 yoluxma halı qeydə alınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. 

Bununla da Gürcüstanda koronavirusa yoluxanların sayı 893 nəfərə çatıb.

Gürcüstanda koronavirus səbəbi ilə 2710 nəfər karantində saxlanılır, 267 nəfər isə stasionar şəraitdə müalicə olunur. Xəstəliyə yoluxanlardan 731 nəfər sağalıb, 14 nəfər isə vəfat edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR