Bank Of Baku

Gürcüstanda son sutkada koronavirusa 1550 yoluxma qeydə alınıb, 15 nəfər ölüb

Gürcüstanda son  sutkada koronavirusa 1550 yoluxma qeydə alınıb, 15 nəfər ölüb
# 19 yanvar 2021 10:52 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19)  1 550 yoluxma halı qeydə alınıb, 15 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 249 465, ölənlərin sayı isə 2 973 nəfərə çatıb.

Virusa yoluxanlardan 235 130  nəfərin sağaldığı bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR