Bank Of Baku

İspaniya koronavirusla mübarizədə ordunun köməyindən istifadə edəcək

İspaniya koronavirusla mübarizədə ordunun köməyindən istifadə edəcək
# 25 avqust 2020 18:15 (UTC +04:00)

İspaniya yeni növ koronavirusla (COVID-19) mübarizədə ordunun köməyindən istifadə edəcək.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə İspaniyanın Baş naziri Pedro Sançez mətbuat konfransında deyib. 
Baş nazir bildirib ki, təxminən 2000 əsgər yoluxmaları nəzarətdə saxlamaq üçün regional hökumətlərə kömək üçün göndəriləcək. 

O bildirib ki, hazırda vəziyyət mart ayı ilə müqayisədə daha yaxşıdır, ancaq ölkədə epidemiyanın inkişafı narahatedici hal alır.

"Pandemiyanın yenidən həyatımıza nəzarəti ələ almasına icazə verə bilmərik. Biz nəzarəti ələ almalıyıq", Baş nazir deyib.

Pedro Sançez bildirib ki, qorxu ölkəni iflic etməməli və mübarizə işinə mane olmamalıdır.

Xatırladaq ki, İspaniyada indiyədək 405 mindən artıq şəxs koronavirusa yoluxub, onlardan 28 mindən çoxu ölüb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR