Bank Of Baku

İsrail Haaqa məhkəməsi ilə əməkdaşlıqdan imtina edib

İsrail Haaqa məhkəməsi ilə əməkdaşlıqdan imtina edib
# 09 aprel 2021 06:10 (UTC +04:00)

“İsrail Beynəlxalq Cəza Məhkəməsi (Haaqa) ilə əməkdaşlıq etməyəcək və Fələstindəki vəziyyətlə bağlı istintaq başlamaq qərarını qəbul etməyəcək”.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə İsrailin Baş Naziri Binyamin Netanyahunun Ofisi tərəfindən yayılan açıqlamada bildirilib.

Qeyd edilib ki, Baş nazir bu yaxınlarda İsrailin Haaqa Məhkəməsinin sözügedən qərarını müzakirə edib: “Haaqa ilə əməkdaşlıq etməməyə qərar verilib”. 

Açıqlamada, həmçinin, beynəlxalq məhkəmənin Fələstindəki vəziyyəti araşdırmaq üçün istintaq başlatmaq üçün heç bir yurisdiksiyasının olmadığı bildirilib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR