Bank Of Baku

İtaliyada koronavirus infeksiyası ilk yoluxma halının qeydə alınmasından iki ay əvvəl mövcud olub

İtaliyada koronavirus infeksiyası ilk yoluxma halının qeydə alınmasından iki ay əvvəl mövcud olub
# 19 iyun 2020 12:57 (UTC +04:00)

Koronavirus infeksiyasına ilk yoluxma halı qeydə alınmazdan iki ay əvvəl İtaliyada bu virus mövcud olub.

APA-nın "France Press" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Milli Səhiyyə İnstitutu (ISS) apardığı araşdırmaların nəticəsində məlum olub.  

Tədqiqatçılar "Sars-CoV-2"nin genetik izlərini 2019-cu ilin dekabrında Milan və Turində toplanmış çirkab suların nümunələrində, Bolonyada isə yanvar ayında toplanmış çirkab sularında aşkar ediblər.

Qeyd edək ki, İtaliyada ilk COVID-19-a yoluxma halı fevral ayının ortalarında aşkar olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR