İtaliyada son sutka ərzində koronavirusa 19903 yoluxma faktı qeydə alınıb.
APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Qeyd edilib ki, ölkə üzrə ümumi yoluxma sayı 1825775-ə çatıb. Ölüm sayı isə son 24 saat ərzində 649 olub. Ümumilikdə bu rəqəm 64 036-ya yüksəlib.