Münhen Təhlükəsizlik Konfransı COVID-19 pandemiyasına görə keçirilməyəcək.
APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Konfransın sədri Volfqanq İşinger bildirib.
"Davam edən pandemiya 19-21 fevral 2021-ci il tarixində keçirilməsi planlaşdırılan Münhen Təhlükəsizlik Konfransını keçirməyimizə imkan vermir. Konfransın tarixini tez bir zamanda müəyyənləşdirmək üçün tərəfdaşlarımızla işimizi davam etdirəcəyik", - deyə sədr vurğulayıb.