Nazir: “Vəziyyət imkan verən kimi Gürcüstan quru sərhədlərini açacaq”

Nazir: “Vəziyyət imkan verən kimi Gürcüstan quru sərhədlərini açacaq”
# 30 mart 2021 15:58 (UTC +04:00)

Epidemioloji vəziyyət imkan verən kimi Gürcüstan quru sərhədlərini açacaq.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava bildirib.

Onun sözlərinə görə, ölkə rəhbərliyi larinin sürətli ucuzlaşmasının qarşısını almaq üçün ilk növbədə özəlləşdirmə prosesini sürətləndirərək xarici investorları cəlb etməyə çalışır.

“İkinci addım isə ölkənin turizm üçün açılmasıdır. Biz artıq epidemioloji vəziyyət imkan verən kimi quru sərhədlərinin açılması və bu yolla xarici turistlərin ölkəyə gələrək xərcləyəcəkləri vəsaitlə milli valyutanı gücləndirmək barədə düşünürük”, - deyə N. Turnava qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR