Fransanın paytaxtı Parisdə "Qlobal təhlükəsizlik haqqında" qanun layihəsinin 24-cü maddəsinə edilən dəyişikliklə bağlı keçirilən etiraz aksiyalarında 64 nümayiçi saxlanılıb.
APA Reuters-ə istinadən xəbər verir ki, bu barədə Fransa Daxili işlər naziri Jerald Darmanen tvitter hesabında bildirib.
Nazir əlavə edib ki, iğtişaşçılarla qarşıdurma zamanı təhlükəsizlik əməkdaşları xəsarət alıb: "Cinayətkarlar respublikanı talayır. Vəhşicəsinə hücum edilən polis və jandarmalarımıza bir daha dəstəyimi bildirirəm”.