Bank Of Baku

Türkiyədə COVID-19-dan 167 nəfər ölüb

Türkiyədə COVID-19-dan 167 nəfər ölüb
# 19 yanvar 2021 21:47 (UTC +04:00)

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 167 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 6818 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 7218, ağır xəstələr isə 2162 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları müəyyən edilməyən 2 399 781 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 277 987 nəfər sağalıb, 24 328 nəfər isə ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR