Türkiyədə buraxılış sinifləri və məktəbəqədərki qurumlardan başqa bütün şagird və tələbələrin təhsili onlayn olaraq davam etdiriləcək.
APA-nın yerli bürosunun məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin növbəti iclasından sonrakı açıqlamasında bunu bildirib.
“İmtahan ərəfəsində olan 8 və 12-ci siniflər ilə məktəbəqədər təhsil müəssisələrindən başqa bütün səviyyələrdə təhsil distan davam etdiriləcək”, - deyə Ərdoğan bildirib.