İstanbulda vəkil bürosuna silahlı hücumda daha bir nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bununla da hadisədə ölənlərin sayı üçə çatıb. Hadisəni törədən şəxs isə Yalova vilayətinə qaçsa da, orada tutulub.
***
17.06
İstanbulda vəkil bürosuna silahlı hücum olub.
APA-nın yerli bürosunun xəbərinə görə görə, hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.
Vəkil bürosuna hücum edən şəxs hadisə yerindən qaçıb.
Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.