Türkiyəli siyasətçi BMT Baş Assambleyasının Prezidenti seçilib

Türkiyəli siyasətçi BMT Baş Assambleyasının Prezidenti seçilib
# 18 iyun 2020 05:33 (UTC +04:00)

Türkiyəli siyasətçi Volkan Bozkırın Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasına Prezidentliyi təsdiqlənib.

APA-nın yerli bürosunun Türkiyə mediasına isitinadla xəbərinə görə, 192 ölkədən 178-nin səsini alan Volkan Bozkır qalib olub.

Qeyd edək ki, Volkan Bozkır 1945-ci ildən Türkiyənin də iştirakı ilə yaradılan BMT Baş Assambleyasına rəhbərlik edəcək ilk türkiyəli təmsilçidir.

Onu da bildirək ki, BMT-yə üzv olan ölkələrin dövlət və hökumət başçılarının 75-ci sessiyası bu il yeni növ koronavirusla əlaqədar telekonfrans vasitəsilə baş tutacaq.

Əlavə edək ki, V. Bozkır Türkiyənin Avropa İttifaqı məsələləri üzrə sabiq naziri olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR