Türkiyənin bir sıra ölkələrdəki yeni səfirlərinin kimliyi məlum olub.
APA NTV-yə istinadən xəbər verir ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bir sıra ölkələrə təyin olunan səfirlərin adlarını açıqlayıb.
Murat Mercan Türkiyənin ABŞ-dakı səfiri, Mehmet Güllüoğlu Tanzaniyadakı səfiri olub.
Türkiyə XİN-in sözçüsü Hami Aksoy Türkiyənin Serbiyadakı, Cihad Erginay Əfqanıstandakı, Ahmet Başar Şen Almaniyadakı səfiri, Hatun Demirer ATƏT-dəki daimi nümayəndəsi təyin edilib.
Qeyd edək ki, Ahmet Demirok Türkiyənin Azərbaycandakı səfiri olub.