Ukraynada aviaqəzada yaralanan iki kursantdan biri vəfat edib.
Ukraynada baş verən aviaqəzada yaralanan iki kursantdan biri ölüb
26 sentyabr 2020 13:15 (UTC +04:00)
APA-nın "Ukrinform"a istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, qəzada bədəninin 90 faizi yanıq xəsarətləri alan kursantın vəziyyəti xəstəxanaya gətirilərkən ağır olub.
Xatırladaq ki, Ukraynanın Xarkov vilayətinin Çuquyev şəhəri yaxınlığında “An-26” tipli hərbi təyyarə qəzaya uğrayıb.
Təyyarənin göyərtəsində 20 kursant 7 uçuş heyəti olub.
Ölkənin Baş Prokuroru bildirib ki, qəzada 25 nəfər həlak olub.
Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti isə 23 nəfərin cəsədinin tapıldığını, iki nəfərlə bağlı axtarışların davam etdirildiyini deyib.
İki kursantın isə təyyarə qəzaya uğramazdan əvvəl özlərini təyyarədən atmağa müvəffəq olduğu bildirilib.
Bu gün səhər saatlarında isə bir nəfərin cəsədinin tapıldığı barədə məlumat verilib.
Avropa
Hakan Fidan Entoni Blinkenlə görüşüb
19:31
30 may 2024
Sloveniya hökuməti Fələstini dövlət kimi tanımaq qərarı verib
17:55
30 may 2024
Danimarka Ukraynaya verdiyi F-16-lardan Rusiyadakı hədəfləri vurmaq üçün istifadəyə icazə verəcək
17:17
30 may 2024
KİV: Fransa tezliklə Ukraynaya hərbi təlimçilər göndərə bilər
15:06
30 may 2024