Bank Of Baku

Ukraynada karantin müddəti uzadılıb

Ukraynada karantin müddəti uzadılıb
# 26 avqust 2020 16:02 (UTC +04:00)

Ukraynada koronavirus pandemiyası ilə əlaqədar karantin müddəti uzadılıb.

APA-nın UNİAN-a istinadən verdiyi xəbərə görə, qərar bu gün Ukrayna Nazirlər Kabinetinin iclasında qəbul olunub.
Ölkədə "adaptiv model" formatında tətbiq olunan karantin müddəti noyabrın 1-dək uzadılıb. 
Avqustun 1-dən Ukraynada tətbiq olunan adaptiv karantin modeli ölkənin regionlarındakı epidemioloji vəziyyətdən asılı olaraq bütün bölgələri dörd  - "yaşıl", "sarı", "narıncı" və "qırmızı" zonalara bölüb. 
Epidemioloji zonaların hər birində müxtəlif karantin məhdudiyyəti tətbiq olunur. Ən yumşaq qadağalar"yaşıl" zonada, ən sərt qadağalar isə "qırmızı" zonaya daxil olan bölgələrdə tətbiq olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR