Ukraynada qocalar evində yanğın baş verib, 15 nəfər ölüb

Ukraynada qocalar evində yanğın baş verib, 15 nəfər ölüb
# 21 yanvar 2021 18:30 (UTC +04:00)

Xarkov şəhərində yerləşən qocalar evində yanğın baş verib.

APA-nın xəbərinə görə, bu barədə bu gün Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, yanğın nəticəsində 15 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Xilasedicilər yanğının söndürülməsi istiqamətində iş aparırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR