Ukrayna nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) üzvü, Ukrayna Ali Radasının “Avropa həmrəyliyi” partiyasından olan deputatı Aleksey Qonçarenko təşkilatda üç ay müddətində çıxış etmək hüququndan məhrum edilib.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə bu gün ukraynalı deputat özünün “Telegram” kanalında məlumat verib.
A. Qonçarenko AŞPA-nın qış sessiyasında Rusiyanın ünvanına yolverilməz hərəkət və təhqirlərinə görə çıxış etmək hüququndan məhrum edilib.