Bank Of Baku

ABŞ-ın Çikaqo şəhərində qar səbəbindən 600-dən çox reys təxirə salınıb

ABŞ-ın Çikaqo şəhərində qar səbəbindən 600-dən çox reys təxirə salınıb
# 14 aprel 2019 23:52 (UTC +04:00)

ABŞ-ın Çikaqo şəhərində qar qasırğası səbəbindən “O’Hara” və “Miduey” hava limanlarında 600-dən çox reyslər təxirə salınıb.

ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə hava limanlarının rəsmiləri açıqlama yayıb.

“Yazın qar qasırğası uçuşların orta hesabla 46 dəqiqə gecikməsinə və 555 reysin təxirə salınmasına səbəb olub”, - deyə “O’Hara” aeroportundan bildirilib.

“Miduey” aeroportunda isə 47 reysin ləğv edildiyi açıqlanıb. Sərnişinlərə uçuşlardan qabaq öz reyslərinin vaxtını dəqiqləşdirmələri tövsiyə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR