Baxmut şəhərinin müdafiəsi Ukrayna ordusunun yeni əks-hücuma hazırlaşmasına mane olmur.
APA xəbər verir ki, bunu ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitikləri bildirib.
Qərb Ukraynanın Baxmut şəhərini qorumaq üçün qətiyyətli olmasından narahatdır və hesab edir ki, şəhərin qorunması Ukrayna ordusunun yeni əks-hücuma hazırlaşmasına mane olur. Buna görə də Ukraynanı əks-hücum əməliyyatına hazırlığa üstünlük verməyə çağırırlar.
"Ukraynanın Baxmut şəhərini müdafiə etməsi Rusiya qüvvələrini əhəmiyyətli dərəcədə zəiflədib və çox güman ki, Ukrayna ordusunun gələcək əks-hücum əməliyyatı üçün əlverişli şərait yaranacaq", - analitiklər vurğulayıb.