ABŞ Dövlət Departamenti Latviya hökumətinə sahilyanı müdafiə dəniz zərbəsi raket sistemləri və müvafiq avadanlıqların mümkün satışını təsdiqləyib. Satışın təxmini dəyəri 110 milyon dollardır.
APA-nın xəbərinə görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik üzrə Əməkdaşlıq Agentliyinin bəyanatında deyilir. Onlar bu gün Konqresə potensial satış barədə məlumat verərək tələb olunan sertifikatı təqdim etdilər.
Qeyd olunur ki, Latviya hökuməti NSM CDS sisteminin, o cümlədən taktiki, telemetriya və təlim raketlərinin, eləcə də bütün zəruri avadanlıqların alınmasını xahiş edib.