ABŞ-nin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanın XİN başçısı ilə görüşüb

ABŞ-nin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanın XİN başçısı ilə görüşüb
# 18 aprel 2024 22:16 (UTC +04:00)

Tbilisidə səfərdə olan ABŞ-nin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili ilə görüşüb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstan XİN yayıb.

Bildirilib ki, tərəflər Gürcüstanın işğal altındakı ərazilərində vəziyyətə, həmçinin Cenevrədə beynəlxalq müzakirələrin dinamikasına diqqət yetiriblər.

Bu kontekstdə ABŞ-nin və şəxsən Lui Bononun prosesdə müsbət iştirakı qeyd edilib.

Darçiaşvili Rusiya-Gürcüstan münaqişəsnin həlli istiqamətində töhfələrinə, ABŞ-nin Gürcüstanın strateji tərəfdaşı kimi vacib səylərinə görə təşəkkür edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR