NATO-nun “Saber Strike 2022” təlimində iştirak etmək üçün ABŞ silahlı qüvvələrinin 1500 hərbçisi və 700 texnikası Çexiyanı keçərək Almaniyadan Slovakiyaya gələcək.
APA-nın Çexiyanın müdafiə nazirliyinə istinadla məlumatına görə, qoşunların Çexiya ərazisindən keçməsi 15-26 fevral tarixlərində baş tutacaq.
Nazirlik bildirir ki, Almaniyada dislokasiya olunmuş ABŞ hərbi birləşmələri “Saber Strike 2022” təlimində iştirak etmək üçün quru yolu ilə Çexiyanı keçərək Slovakiyaya gedəcək. Qoşunun keçidinin qrafiki epidemioloji vəziyyətə görə dəyişə bilər.