ABŞ müdafiə naziri Lloyd Ostin və Ukrayna müdafiə naziri Oleksiy Reznikov görüşüb.
APA xəbər verir ki, müdafiə nazirləri arasında görüş Brüsseldə NATO müdafiə nazirlərinin görüşü çərçivəsində baş tutub.
Qeyd edək ki, bu gün Brüsseldə keçirilən görüş çərçivəsində Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun da iclası keçirilir. İclasda Ukrayna müdafiə naziri Oleksiya Reznikov da iştirak edir.