Bank Of Baku

ABŞ vətəndaşlarını Ukraynanı dərhal tərk etməyə çağırıb - VİDEO

ABŞ vətəndaşlarını Ukraynanı dərhal tərk etməyə çağırıb - VİDEO
# 10 oktyabr 2022 13:24 (UTC +04:00)

ABŞ səfirliyi vətəndaşlarını Ukraynanı dərhal tərk etməyə çağırıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə ABŞ-ın Kiyevdəki səfirliyinin “Twitter” səhifəsində məlumat yerləşdirilib.

Səfirlik ABŞ vətəndaşlarını sığınacaq yerlərində qalmağa və təhlükəsiz olduqda mövcud olan yerüstü nəqliyyat vasitələrindən istifadə edərək Ukraynanı tərk etməyə çağırıb.

"Ukraynada təhlükəsizlik vəziyyəti çox dəyişkəndir və vəziyyət xəbərdarlıq edilmədən pisləşə bilər. ABŞ vətəndaşları ayıq olmalı və təhlükəsizlik məlumatlarını vaxtında əldə etmək üçün müvafiq addımlar atmalıdırlar".

Qeyd edək ki, bu gün səhər saatlarından başlayaraq Rusiya qanadlı raketlərlə Ukraynanın Kiyev, Xarkov, Odessa və Lvov da daxil olmaqla, bir sıra şəhərlərini bombalamağa başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR