Bank Of Baku

ABŞ Yəmən sahillərində yük gəmisinin raketlə vurulduğunu təsdiqləyib - YENİLƏNİB-1

ABŞ Yəmən sahillərində yük gəmisinin raketlə vurulduğunu təsdiqləyib - YENİLƏNİB-1
# 15 yanvar 2024 19:52 (UTC +04:00)

Husilər ABŞ-a məxsus "Gibraltar Eagle" konteyner gəmisini gəmi əleyhinə ballistik raketlə vurub.

APA xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı "X" platformasında məlumat yayıb.

Paylaşımda qeyd edilib ki, Marşal adaları bayrağı ilə üzən gəmiyə hücum Səna vaxtı ilə saat 16:00-da olub. Gəmiyə ciddi ziyan dəymədiyi və reysinə davam etdiyi əlavə olunub.

Qeyd edək ki, daha əvvəl husilərin ümumilikdə üç raket atdığı, digər iki raketin dənizə çatmadığı qeyd olunub.

***

18:51

Husilər Yəmən sahillərində ABŞ-a məxsus, Marşal adalarının bayrağı altında üzən yük gəmisini vurub.

APA “Al-Jazeera”ya istinadən xəbər verir ki, raket zərbəsi gəminin anbarında yanğına səbəb olsa da, yük gəmisinin yararlı olaraq qaldığı qeyd olunub.

Xəsarət alanlar barədə məlumat verilməyib.

Husilərə yaxın hərbi mənbə “Al-Jazeera”ya bildirib ki, gəmi ona yönəlmiş xəbərdarlıqları rədd etdikdən sonra hədəf alınıb.

***

18:37

Yəmənin Ədən şəhərindən 95 mil cənub-şərqdə gəmi vurulub.

APA xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Koordinasiya Ofisinin (UKMTO) saytında məlumat verilib.

Məlumata görə, gəmiyə zərbə havadan endirilib.

"Hələlik hadisə ilə bağlı digər təfərrüatları yoxdur, araşdırma aparılır. UKMTO gəmilərə ərazidə hərəkət edərkən diqqətli olmağı və şübhəli hal olarsa, UKMTO-ya bildirməyi tövsiyə edir", - məlumatda qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR