Bank Of Baku

AEBA-nın ekspert qrupu bu həftə Zaporojye AES-ə gedəcək

AEBA-nın ekspert qrupu bu həftə Zaporojye AES-ə gedəcək
# 29 avqust 2022 10:39 (UTC +04:00)

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) direktoru Rafael Qrossi Ukraynadakı Zaporojye AES-ə beynəlxalq ekspertlər qrupunun bu həftə göndəriləcəyini və heyətin tam formalaşdığını deyib.

APA xəbər verir ki, bu barədə Qrossi öz “Tvitter” səhifəsində yazıb.

AEBA rəhbəri Ukraynanın təhlükəsizliyinin və Avropanın ən böyük nüvə obyektinin qorunmasının vacib olduğunu dilə gətirib.

Beynəlxalq ekspert qrupunun stansiyaya dəymiş fiziki zərəri müəyyən edəcəyi, onun mühafizə və iş sistemini nəzərdən keçirəcəyi bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR