Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossi aprelin 27-də Türkiyənin cənubunda yerləşən Akkuyu AES-ə nüvə yanacağının doldurulması mərasimində iştirak edəcək.
APA-nın xəbərinə görə, bunu CNN Türk-ə müsahibəsində Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz deyib.
"AEBA rəhbəri mərasimə gələcək. O, bayrağı qaldıracaq və Akkuyu AES bir növ AEBA yoxlamalarının aparılacağı nüvə adasına çevriləcək", - Dönməz vurğulayıb.
Aprelin 27-də Mersində Akkuyu AES-in birinci bloku üçün ilk nüvə yanacağının doldurulması mərasimi planlaşdırılır. Türkiyə və Rusiya prezidentləri mərasimdə onlayn iştirak edəcək