Bank Of Baku

AEBA rəhbəri: Moskva və Kiyev Zaporojye AES ilə bağlı razılığa gəliblər

AEBA rəhbəri: Moskva və Kiyev Zaporojye AES ilə bağlı razılığa gəliblər
# 25 avqust 2022 15:05 (UTC +04:00)

Moskva və Kiyev Zaporojye Atom Elektrik Stansiyası (AES) ilə bağlı razılığa gəlib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Qrossi bildirib.

Onun sözlərinə görə, Zaporojye AES-ə çıxışla bağlı razılaşma yaxındır: "Moskva və Kiyev yaxın günlərdə oraya missiya göndərilməsinin zəruriliyi ilə bağlı razılığa gəliblər".

Qrossi onu da bildirib k, AEBA öz vəzifəsini Zaporojye AES-dəki insidentlərin qarşısını almaqda görür. O qeyd edib ki, Zaporojye AES-in demilitarizasiyası məsələsi AEBA missiyasının gündəliyində deyil və siyasi danışıqlarda həll edilməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR