Bank Of Baku

AEBA rəhbəri: Zaporojye AES ətrafında vəziyyət "potensial təhlükəli"dir

AEBA rəhbəri: Zaporojye AES ətrafında vəziyyət "potensial təhlükəli"dir
# 07 may 2023 03:38 (UTC +04:00)

Zaporojye AES-də ümumi vəziyyət daha az proqnozlaşdırılan və "potensial təhlükəli" olub.

APA-nın məlumatına görə, bu fikirləri şənbə günü Atom Enerjisi üz rə Beynəlxalq Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossi deyib.

“Zaporojye atom elektrik stansiyasının ərazisində ümumi vəziyyət getdikcə gözlənilməz və potensial təhlükəli olur. Mən stansiyanın üzləşdiyi nüvə və fiziki təhlükəsizlik sahəsində real risklərdən son dərəcə narahatam”, - deyə agentlik rəhbəri bildirib.

Onun sözlərinə görə, stansiyadakı AEBA-nın mütəxəssisləri hələ də mərmi səslərini eşidirlər.

“Bu böyük nüvə obyekti qorunmalıdır. Mən bu həyati məqsədə nail olmaq üçün bütün tərəflərin öhdəliyində israr etməyə davam edəcəyəm”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR