Bank Of Baku

AEBA Zaporojye AES-ə gedən elektrik xəttinin təmiri üçün lokal atəşkəsə nail olub

AEBA Zaporojye AES-ə gedən elektrik xəttinin təmiri üçün lokal atəşkəsə nail olub
# 05 iyun 2026 10:19 (UTC +04:00)

Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasını enerji ilə təmin edən xəttin təmiri üçün Ukrayna və Rusiya arasında müvəqqəti lokal atəşkəs razılaşdırılıb.

Bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) “X” səhifəsində məlumat yayıb.

“AEBA-nın vasitəçiliyi ilə Zaporojye AES yaxınlığındakı cəbhə xəttində lokal atəşkəs qüvvəyə minib. Bu, nüvə qəzası təhlükəsinin qarşısını almaq üçün vacib elektrik xəttinin təmirinə imkan yaradacaq”, — qurumun paylaşımında deyilir.

Qeyd olunub ki, bu, ötən ilin sonundan bəri AEBA -nın vasitəçiliyi ilə əldə olunan altıncı belə razılaşmadır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR