Paşha Bank
Bank Of Baku

Afinada yaşayış binasında güclü partlayış nəticəsində 6 nəfər ölüb

Afinada yaşayış binasında güclü partlayış nəticəsində 6 nəfər ölüb
# 26 sentyabr 2026 17:10 (UTC +04:00)

Yunanıstanın paytaxtı Afinanın Plaka rayonunda yaşayış binasında baş verən güclü partlayış nəticəsində 6 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə Yunanıstanın “ERT” telekanalı məlumat yayıb.

Bildirilib ki, partlayış nəticəsində üçmərtəbəli yaşayış binasının bir hissəsi dağılıb. Xilasetmə işləri zamanı dağıntılar altından 6 nəfərin meyiti çıxarılıb və onların şəxsiyyətinin müəyyənləşdirilməsi üzrə iş aparılır.

Məlumata görə, ölənlər arasında binanın yuxarı mərtəbəsində yaşayan yaşlı cütlük və birinci mərtəbədə qısamüddətli kirayə mənzildə qalan dörd ABŞ vətəndaşı olub.

Hadisə nəticəsində 3 nəfər də xəsarət alıb.

Partlayışın səbəbləri araşdırılır. İlkin məlumatlarda hadisənin qaz sızması ilə əlaqəli ola biləcəyi bildirilib. Partlayış nəticəsində yaxınlıqdakı binalara, mağazalara və avtomobillərə də ziyan dəyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR