Fransa Prezidenti Emmanuel Makron 2027-ci ilin mayında prezidentlik müddətinin başa çatacağını təsdiqləyib və gələcəkdə yenidən prezidentliyə namizədliyini istisna etməyib.
Makron bu barədə ABŞ-ın “Variety” jurnalına müsahibəsində danışıb.
“Açığını deyim, Konstitusiyamıza görə, iki ardıcıl müddətə prezident seçilmək hüququnuz var. Buna görə də gələn ilin mayında müddətimi başa çatdıracağam və Fransa xalqı başqa birini seçəcək”, - Makron qeyd edib.
O, daha sonra gələcəkdə prezidentliyə qayıtma ehtimalı ilə bağlı suala cavabında bunu istisna etməyib.
“Baxarıq. Həyat bəzən gözlənilməz sürprizlərlə doludur, hətta filmlərdən də çox”, - Fransa Prezidenti bildirib.