Aİ İranın Suriyadakı diplomatik obyektinə hücumu pisləyib

Aİ İranın Suriyadakı diplomatik obyektinə hücumu pisləyib
# 03 aprel 2024 17:11 (UTC +04:00)

Avropa İttifaqı aprelin 1-də İranın Dəməşqdəki diplomatik obyektinə hücumu və itkiləri pisləyib.

APA xəbər verir ki, bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsinin sözçüsünün bəyanatında bildirilib.

"Bu yüksək gərgin regional vəziyyətdə son dərəcə təmkin nümayiş etdirmək vacibdir. Bölgədə vəziyyətin daha da gərginləşməsi heç kimin marağında deyil. Beynəlxalq hüquqa uyğun olaraq diplomatik və konsulluq binalarının və personalının toxunulmazlığı prinsipinə bütün hallarda və bütün şəraitlərdə hörmət edilməlidir", - bəyanatda deyilir.

Qeyd edək ki, aprelin 1-də İsrail İranın Suriyadakı konsulluğuna zərbələr endirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR