Avropa İttifaqının (Aİ) Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Komissarı Oliver Varhelyi Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ilə görüşüb.
APA xəbər verir ki, bu barədə Aİ komissarı “Twitter”də yazıb.
Varhelyi qeyd edib ki, Türkiyədə zəlzələdən sonrakı yenidənqurma işlərinə qlobal dəstəyi səfərbər etmək üçün beynəlxalq Donorlar Konfransı keçirmək barədə razılığa gəlinib.
Aİ komissarı Türkiyəyə dəstəyin davamlı olacağını bildirib: “Yaxşı gündə də, pis gündə də Türkiyənin yanında olacağıq. Dost dar gündə tanınar”.