Avropa İttifaqı zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün sonadək Türkiyənin yanında olacaq.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyəyə səfəri çərçivəsində Avropa İttifaqı qonşuluq və genişlənmə komissarı Oliver Valhelyi bildirib.
O, 21 Aİ dövlətinin Türkiyəyə axtarış-xilasetmə qruplarını göndərdiyini xatırladıb. Onun sözlərinə görə, İttifaq zəlzələdən zərər çəkən şəxslər üçün ilkin olaraq 5,5 milyon avro ayırıb, və bu məbləğin yaxın zamanda artacağı gözlənilir.