Bank Of Baku

Aİ liderləri Türkiyədəki zəlzələ ilə bağlı donorlar konfransına qatılacaq

Aİ liderləri Türkiyədəki zəlzələ ilə bağlı donorlar konfransına qatılacaq
# 22 fevral 2023 15:58 (UTC +04:00)

Avropa İttifaqı və İsveçin dövr sədrliyi Türkiyədə baş verən zəlzələ ilə bağlı donorlar konfransı keçirəcək.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyəyə səfəri çərçivəsində İsveç xarici ticarət naziri Yohan Forssell bildirib.

O qeyd edib ki, konfransda Aİ-yə üzv olan dövlətlərin ən yüksək səviyyədə təmsil edilməsi gözlənilir. Forsellin sözlərinə görə, bu konfrans vasitəsi ilə Türkiyəyə zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün ciddi dəstəyin sərgilənməsi mümkün olacaq.

Nazir əlavə edib ki, konfransın və ayrılacaq yardımın yol xəritəsinin detalları yaxın günlərdə bəlli olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR