Bank Of Baku

Aİ-nin Gürcüstandakı Monitorinq Missiyasının yeni rəhbəri Tbilisiyə gedib

Aİ-nin Gürcüstandakı Monitorinq Missiyasının yeni rəhbəri Tbilisiyə gedib
# 21 fevral 2023 11:09 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) Gürcüstandakı Monitorinq Missiyasının (AİGMM) yeni rəhbəri Dimitrios Karabalis vəzifəsinin icrası məqsədilə Tbilisiyə gəlib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı AİGMM yayıb. Dimitrios Karabalis missiyanın vəzifəsinin Gürcüstanda və regionda sabitliyi təşviq etmək olduğunu bildirib.

Qeyd edək ki, yunanıstanlı diplomat 1986-cı ildən Yunanıstan Xarici İşlər Nazirliyində (XİN) Rusiya, Ukrayna, Moldova, Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə fəaliyyət göstərib.

O, 2017-ci ildən 2021-ci ilədək Yunanıstanın Gürcüstandakı səfiri olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR