Avropa İttifaqı hərbi əməliyyatlar başlayandan indiyədək Ukraynaya ümumilikdə 20 milyard avro dəyərində hərbi yardım göndərib.
APA-nın məlumatına görə, bu barədə Avropa Komissiyasının nümayəndəsi Peter Stano bildirib.
Onun sözlərinə görə, bu məbləğə həm ayrı-ayrı dövlətlərin tədarükü, həm də Ukrayna Silahlı Qüvvələrinin ümumavropa fondlarından maliyyələşməsi daxildir.