Gürcüstanın Kaxeti bölgəsinin Siqnaxi şəhərində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında təkbətək görüş olub.
Bu barədə APA-ya Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hökumət başçıları Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığın müxtəlif aspektlərini, ikitərəfli gündəlikdə duran aktual məsələləri və ikitərəfli əməkdaşlığın gələcək inkişaf istiqamətlərini müzakirə ediblər.
***
10:01
Gürcüstanın Siqnaxi şəhərində Azərbaycanın Baş naziri Əli Əsədov və Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında təkbətək görüş keçirilir.
APA-nın yerli bürosu xəbər verir ki, görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq və əməkdaşlıq məsələləri müzakirə olunur.
Görüşdən sonra Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın XI iclası başlayacaq.