Bank Of Baku

Aİ Rusiyaya qarşı sanksiyaları bir il uzadıb

Aİ Rusiyaya qarşı sanksiyaları bir il uzadıb
# 21 fevral 2023 08:04 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaların 2024-cü il fevralın 24-dək uzadılması qərarını təsdiqləyib.

APA xəbər verir ki, Aİ Şurasının müvafiq qərarı “Avropa İttifaqının rəsmi jurnalında” dərc edilib.

“Məhdudlaşdırıcı tədbirlər 24 fevral 2024-cü ilə qədər uzadılmalıdır", - deyə qərarda bildirilir.

Qeyd edilir ki, qərar "Avropa İttifaqının rəsmi jurnalında" dərc edildiyi gündən bir gün sonra qüvvəyə minir.

Hazırda Aİ-nin Rusiyaya qarşı sanksiyalar siyahısına 1 386 fiziki şəxs və 171 şirkət daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR