Bank Of Baku

Aİ Suriyaya 5.8 milyard avro vəd edib

Aİ Suriyaya 5.8 milyard avro vəd edib
# 18 mart 2025 01:31 (UTC +04:00)

Brüsseldə keçirilən konfransından sonra Avropa İttifaqı və onun tərəfdaşları Suriya və qonşu ölkələrə 5,8 milyard avro vəd edib.

APA xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas öz “X” hesabında məlumat verib.

"Aİ və tərəfdaşları Suriya və onun qonşularına 5,8 milyard avro ayırmağı vəd ediblər. Bu maliyyə, Suriyanı kritik keçid dövründə dəstəkləyəcək və təcili ehtiyacları yerində həll edəcək", - o yazıb.

Qeyd edək ki, uzun illər Bəşər Əsəd hökumətini boykot edən Avropa Birliyi Suriyanın yeni hakimiyyəti ilə fəal dialoq aparır.

Avropa İttifaqı Suriyanın keçid hökumətinin xarici işlər naziri Əsad əl-Şeybanini doqquzuncu illik foruma dəvət edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR