Bank Of Baku

Aİ təmsilçiləri sabah Rusiyaya qarşı yeni və genişmiqyaslı sanksiyaları təsdiqləməyə hazırlaşır

Aİ təmsilçiləri sabah Rusiyaya qarşı yeni və genişmiqyaslı sanksiyaları təsdiqləməyə hazırlaşır
# 06 oktyabr 2026 20:53 (UTC +04:00)

Avropa İttifaqına üzv ölkələrin səfirləri oktyabrın 7-də Rusiyaya qarşı 22-ci sanksiyalar paketini müzakirə edəcəklər.

Bu barədə “Reuters” Avropalı diplomatlara istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, yeni paketə 1570 hüquqi və fiziki şəxsin Aİ-nin sanksiya siyahısına salınması daxildir.

Bununla da Rusiyaya qarşı sanksiyalar siyahısının həcmi təxminən 50 faiz artacaq. Lakin yeni paketdə digər mühüm iqtisadi tədbirlərin yer almayacağı bildirilir.

Qeyd edək ki, Aİ-nin sanksiya siyahısına salınan şəxslərin İttifaq ərazisinə girişinə qadağa qoyulur və onların Aİ ərazisindəki aktivləri dondurulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR