Bank Of Baku

Aİ Ukraynaya kalium yodid həbləri verməyi planlaşdırır

Aİ Ukraynaya kalium yodid həbləri verməyi planlaşdırır
# 31 avqust 2022 03:44 (UTC +04:00)

Avropa İttifaqı Ukraynaya 5 milyon kalium yodid həbi verməyi planlaşdırır.

APA-nın xəbərinə görə, bu barədə CNN məlumat yayıb.

Bu həblərin verilməsində məqsəd Zaporojye AES-də qəza olacağı təqdirdə insanların radioaktiv şüalanmadan müdafiəsidir. Aİ həbləri Ukrayna hökumətinin tələbi əsasında təchiz edəcək.

Kalium yodid radioaktiv şüalanmadan ilkin qorunma vasitəsi hesab edilir. Bu həbin qəbulu havadakı radioaktiv yodun qalxanabənzər vəzi tərəfindən udulmasının qarşısını alır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR