Bank Of Baku

Aİ Ukraynaya PUA, raket və qırıcıların alınması üçün 3,47 milyard avro ayırıb

Aİ Ukraynaya PUA, raket və qırıcıların alınması üçün 3,47 milyard avro ayırıb
# 30 iyul 2026 15:01 (UTC +04:00)

Avropa Komissiyası Ukraynaya pilotsuz uçuş aparatları (PUA), raketlər, hava hücumundan müdafiə sistemləri və qırıcı təyyarələrin alınması üçün 3,47 milyard avro həcmində yeni maliyyə tranşı ayırıb.

“Reuters” bu barədə Avropa Komissiyasına istinadən məlumat yayıb.

Məlumata görə, vəsait bu ilin əvvəlində təsdiqlənmiş 90 milyard avroluq kredit proqramı çərçivəsində ayrılıb. Maliyyə Ukraynanın müdafiə imkanlarının gücləndirilməsi və yeni silah sistemlərinin alınmasına yönəldiləcək.

“Reuters”in məlumatına əsasən, ayrılan vəsait hesabına Ukrayna əlavə PUA-lar, raketlər, hava hücumundan müdafiə sistemləri, həmçinin İsveç istehsalı olan Gripen qırıcı təyyarələrini əldə edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR