Aİ XİN rəhbərləri İrana qarşı sanksiyaların genişləndirilməsi ilə bağlı razılığa gəlib

Aİ XİN rəhbərləri İrana qarşı sanksiyaların genişləndirilməsi ilə bağlı razılığa gəlib
# 22 aprel 2024 19:16 (UTC +04:00)

Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri İrana qarşı sanksiyaların genişləndirilməsi ilə bağlı razılığa gəlib.

APA xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Aİ Xarici İşlər Şurasının iclasından sonra mətbuat konfransında deyib.

"Biz İrana sanksiyaların genişləndirilməsi ilə bağlı siyasi razılıq əldə etdik", - Borrell bildirib.

Onun sözlərinə görə, İrana qarşı mövcud sanksiyalar raketlər və raket istehsalı, eləcə də Yaxın Şərq və Qırmızı dənizə pilotsuz uçuş aparatlarının və raketlərin tədarükünü də əhatə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR