Avropa İttifaqına üzv ölkələrin XİN rəhbərləri 20 fevralda Rusiyaya qarşı növbəti sanksiya paketini müzakirə edəcək.
APA xəbər verir ki, bu haqda məlumat Finlandiya XİN mətbuat xidmətinin press-relizində öz əksini tapıb.
Qeyd olunub ki, Rusiyaya qarşı 10-cu sanksiya paketinin təsdiqlənməsi üçün yekun müzakirələr Brüsseldə keçiriləcək və 24 fevralda sənədin qəbul edilməsi gözlənilir.