Türkiyə və Amerika Birləşmiş Ştatları arasında “F-16” qırıcılarının Türkiyəyə təhfil verilməsinə dair danışıqların növbəti raundu baş tutub.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
O qeyd edib ki, danışıqlar son dərəcə müsbət və konstruktiv mühitdə keçib. Akarın sözlərinə görə, ABŞ Müdafiə Nazirliyinin rəsmiləri qısa zamanda bu məsələni təsdiq üçün Konqresə təqdim edəcəklər.