Bank Of Baku

“Akkuyu” rəsmi olaraq AES statusu alıb - YENİLƏNİB

“Akkuyu” rəsmi olaraq AES statusu alıb - YENİLƏNİB
# 27 aprel 2023 18:16 (UTC +04:00)

“Akkuyu” Atom Elektrik Stansiyası rəsmi olaraq AES statusu alıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, rəsmi mərasimdə videobağlantı şəklində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərsoğan və Rusiya lideri Vladimir Putin də iştirak edib.

Rəsmi tədbir çərçivəsində “Akkuyu”da Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin bayrağı qaldırılıb.

***

17:25

“Akkuyu” Atom Elektrik Stansiyasının birinci reaktoruna nüvə yanacağının gətirilməsinə dair rəsmi mərasim keçirilir.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, rəsmi mərasimə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putin videobağlantı formatında qatılacaq.

Qeyd edək ki, bununla da “Akkuyu” rəsmi olaraq AES statusu alacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR